Haqqımızda

BELC təhsil kompleksi 2009-cu il, aprel ayının 19-undan fəaliyyət göstərir. Bu illər ərzində tələbələrimizə yüksək səviyyəli təhsil vermək üçün səylə çalışmışıq və buna nail olmuşuq. Bunun nəticəsidir ki, təhsil kompleksimizdə hər il abituriyentlər və tələbələr yüksək balla ali məktəblərə daxil olur, tələbə, magistr adını qazanırlar. Xarici dilləri, kompyuter proqramlarını öyrənən və digər xidmətlərimizdən istifadə edən tələbələrimiz də kursu qısa müddətdə və müvəffəqqiyyətlə bitirir və bu sahələr üzrə yüksək biliklərə sahib olurlar. Hər il abituriyentlərimizin 97-99%-i ali məktəblərə, tələbələrimizin 100%-i magistraturaya qəbul olurlar. Dərslər TQDK-nın proqramları əsasında tədris olunur. Hər ay tələbələrin biliklərini yoxlamaq üçün sınaq imtahanları keçirilir, imtahan nəticələrinə uyğun olaraq zəif nəticələr göstərmiş abituriyent və tələbələrimiz üçün əlavə dərslər təşkil olunur. İl ərzində bir neçə dəfə valideyn iclası təşkil olunur,abituriyentlər haqqında valideynlərə məlumat verilir. Bütün dərslər yüksək səviyyədə təşkil olunmuş geniş və işıqlı sinif otaqlarəında tədris olunur. Tədris prosesində elektron vəsaitlədən istifadə etməyə üstünlük verilir və dərslər fənnlərə uyğun olaraq tam laborator şəraitdə keçirilir. Müəllimlərimiz kifayət qədər təcrübəli və ixtisasları üzrə bakalavr, magistr və elmi dərəcələri olan müəllimlərdir. Keyfiyyətə 100% zəmanət verir və hər bir şəxsə tam ödənişsiz nümunə dərslərində iştirak etmək imkanı yaradırıq.
Təhsil kompleksimizdə aşağıdakı xidmətlər göstərilir:
-Xaricdə Təhsil
-Abituriyent hazırlığı (Bütün fənlər üzrə)
-Magistr hazırlığı
- Xarici dillər
-İbtidai və məktəbəqədər hazırlıq
-Kompyuter kursları (bütün proqramlar üzrə)
-Mühasibatlıq 1C
-Sürücülük kursları
-Dövlət qulluğuna hazırlıq
- C# (C-sharp)
Asp.Net
-MSSQL