“Yanvarın 9-da Qafqaz Universitetinin fəaliyyətinin dayandırılması ilə bağlı təsisçi Beynəlxalq Təhsil Kompleksi tərəfindən qərar qəbul olunub”.
AZEDUPRESS APA-ya istinadən xəbər verir ki, bunu Qafqaz Universitetinin rektoru Havar Məmmədov deyib.
O bildirib ki, hazırda Ləğvetmə Komissiyası yaradılıb.
H. Məmmədovun sözlərinə görə, tələbələrin başqa universitetlərə köçürülüb-köçürülməyəcəyi, universitetinin başqa ad altında fəaliyyət göstərib-göstərməyəcəyi aidiyyəti qurumların müvafiq qərarından asılı olacaq: “Tələbələrin, müəllimlərin hüquqları pozulmayacaq. Təsisçi tərəfindən bu məsələ ilə bağlı iş aparılır”.
H. Məmmədov universitetin fəaliyyətinin dayandırlması ilə bağlı suala cavab verməyib.
Mənbə: azedupress.com