Azərbaycan Dillər Universitetinin (ADU) 5 dekanı vəzifəsindən azad olunub. AZEDUPRESS APA-ya istinadən xəbər verir ki, müvafiq qərarla Pedaqoji (ingilis dili və alman dili üzrə) fakültənin dekanı Vəfa Babayeva, Pedaqoji (ingilis dili və fransız dili üzrə) fakültənin dekanı Fikrət Cahangirov, Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsi dekanı Anar Nağıyev, Filologiya və jurnalistika fakültəsinin dekanı Sevda Vahabova və Tərcümə fakültəsinin dekanı Vilayət Hacıyev tutduqları vəzifədən azad olunublar.
 
Dekan vəzifələrini tutmaq üçün müsabiqə elan edilib.
ADU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Kazımova  faktı təsdiqləyib.
 
Mənbə: azedupress.com