Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə  oktyabr  ayının 20-də, saat 17:00-da Şəmkir şəhəri H.Əliyev Mərkəzində (ünvan: Şəmkir şəhəri, H.Əliyev prospekti)  2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli ilə bağlı valideynlər və şagirdlərlə görüş keçirmişdir. M.Abbaszadə bu məsələlərlə bağlı təqdimatla çıxış etmişdir.

Görüş zamanı M.Abbaszadə buraxılış imtahanlarının mahiyyəti, strukturu və yeni qəbul qaydaları ilə bağlı Şəmkir şəhərinin Təhsil Şöbəsinin nümayəndələri, ümumtəhsil müəssisələrinin müəllimləri, valideynlər və şagirdlər tərəfindən verilmiş sualları cavablandırmışdır.

Mənbə: http://www.tqdk.gov.az/news/events/3478/