Orta məktəblər üçün payız tətili günləri Təhsil Nazirliyi tərəfindən açıqlanıb.

Təhsil Naziri Mikayıl Cabbarovun ümumtəhsil məktəblərinin 2017-2018-ci dərs ilinə aid tədris planlarının təsdiqi haqqında əmrinə əsasən dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr) müəyyən edilib.

Bu qərar bütün ümumtəhsil məktəblərinə aiddir.Qeyd edək ki,21 noyabr 2017-2018-ci dərs ilində həm beşgünlük, həm də altıgünlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində tətildən sonra ilk dərs günü olacaq.

Mənbə: Aztəhsil.com