1 may tarixindən 15 noyabr tarixinədək yay mövsümü ilə əlaqədər avtomobilin arxa qapilarının pəncərələrinə sənayə üsulu ilə hazırlanmış jalüzlər çəkməyə icazə verilir. Lakin bu gün 14 noyabrdır və biz artıq jalüzlərlə vidalaşmalıyıq. Əks halda 150 manat cərimə ödəməli olacayıq. Lakin yaxşı olar ki, dünya praktikasında olduğu kimi, bizdədə jalüzdən istifadə mövsümü yox, daimi olsun. Çünki, arxa qapıların şüşələrinə çəkilmiş jalüz sürücünün görünüş dairəsini məhdudlaşdırmır. Onuda qeyd edim ki, avtomobilin arxa şüşəsinə pərdə və ya plyonka çəkməyə icazə verilir, lakin yan şüşələrə və alın şüşəyə pərdə və ya plyonka çəkmək qadağandır. Yalnız alın  şüşəsini 25%, yan şüşələri isə 30% tündləşdirə bilərik.