Fevralın 14-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İlk olaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadə akademik Teymur Bünyadova Azərbaycan Respublikasının “Şərəf” ordenini, həmçinin bir qrup gənc alimə AMEA-nın Fəxri Fərmanlarını təqdim edib.
İclasda AMEA-nın Naxçıvan Bölməsi ilə telekörpü yaradılıb.

Təltiflər və mükafatlar haqqında danışan məruzəçi ötən il bölmə əməkdaşlarının elmi fəaliyyətlərinin dövlət, həmçinin yerli və xarici qurumlar tərəfindən yüksək qiymətləndirildiyini əlavə edib. Vurğulayıb ki, Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı Azərbaycan Respublikası Prezidentinin Sərən­ca­mı ilə "Şöhrət" ordeni ilə təltif olunub. N.Axundova bölmənin bir neçə əməkdaşının respublika və beynəlxalq səviyyəli mükafatlara layiq görüldüklərini vurğulayıb.

Tədbirdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi, həmçinin AMEA-nın Şərqşünaslıq və İqtisadiyyat institutlarının 60 illik yubileylərinin keçirilməsi haqqında qərarlar qəbul olunub.

Fəxri Fərmanla təltif edilən gənc alimlərdən biri də kursumuzun gənc və istedadlı Coğrafiya müəllimi Vusal Quliyev`dir.
BELC ailəsi adından ona işlərində uğurlar arzulayırıq!