Bugün DİM Magistraturanın birinci mərhələsi üzrə imtahan keçirmişdir.
 
İmtahan 13:00`da başlayıb,2 saat 30 dəqiqə davam etmişdir.
 
Qeyd edək ki, imtahanlar respublikanın 5 şəhərində (Bakı,Naxçıvan,Gəncə,Mingəçevir və Lənkəran) ümumilikdə 38 imtahan binasında keçirilmişdir.
 
Nəzərinizə çatdıraq ki, ərizə qəbulu fevralın 2 dən 13`dək aparılıb,beləliklə 12387 bakalvr ərizə təqdim edib. Onlardan 11205-i Azərbaycan bölməsi,1182 nəfəri isə rus bölməsinin tələbələridir. Ərizə verənlərin 5321 nəfəri oğlan, 7066 nəfəri isə qızlardır. Bakalavrlardan 6833-ü cari ilin, 5554-ü isə əvvəlki illərin məzunlarıdır, 31 nəfər xarici ölkə vətəndaşıdır.
 
Qeyd edək ki,Magistraturaya qəbul imtahanları iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrlar məntiq,informatika və xarici dil`dən imtahan verirlər.Namizədlər üçün qoyulan şərtləri ödəyənlər imtahanın ikinci mərhələsində iştirak etmək haqqını qazanırlar. İkinci mərhələdə isə bakalavrların ixtisas üzrə bilikləri yoxlanılır və müsabiqə iki mərhələnin ümumi balı əsasında həyata keçirilir.
 
Magistraturanın birinci mərhələri üzrə dərslər həftədə 2 dəfə keçirilir,əlavə dərslər,seminarlar təşkil edilir.
3 fənndən gələn tələbələr üçün fənnin biri 40 azn (3 fənn 120 AZN) təşkil edir,1-2 fənndən gələn tələbələr üçün isə fənnin biri 50 AZN təşkil edir.
 
MBA üzrə dərslər həftədə 3 dəfə keçirilir, əlavə dərslər,seminarlar təşkil edilir.
Bir fənn qrup şəklində 70 AZN,fərdi 150 AZN təşkil edir.