Bugündən kursumuzda “NLP Master Trainer” Babək Bayramov ilə birgə coaching təlimi başlamışdır.
 
NLP
Neyrolinqvistik proqramlaşdırma və ya qısaca NLP düşünmə,dil və davranış vaxtini araşdiraraq,məqsədə çatmaqda onlarin necə istifadə olunacagini öyrədir.NLP həyatı doğru şəkildə qavramanın və istədiyimiz dünyani yaratmanin yoludur. NLP daha yaxşi düşünərək ugur əldə etməyə imkan yaradir.onun bir xüsusiyyəti də şəraitə görə uygunlaşa bilməsidir.NLP-nin təsiri getdikcə genişlənir.çünki istifadə olundugu sahələr günü-gündən artmaga başlayir.Adina qisaca izah verək:
NEYRO-hiss üzvlərimizdən gələn informasiyadan istifadə edərək,xarici dünya haqqindaki təcrübələrimizi şüurlu və şüuralti düşüncələrə dəyişdirən nevroloji müddətlə əlaqədardir.bədənimizin və zehnimizin bir bütün olaraq işləməsini araşdirir.NLP-nin ən çox üstündə durduğu mövzülardan biri də, nevroloji müddətin fəalliyyətini artırmaq və onu idarə edə bilmək bacariğıni qazanmaqdir.
LİNQVİSTİK-dilin,tecrübələrimizə məna qazandirmaq və bu təcrübələrimizi özümüzə ya da başqalarina çatdirmaq üçün ən yaxşi variantda istifadəsi ilə əlaqədardir.Dildən istifadə üsulumuz şəxsiyyətimizin və fikrimizin xaricə yansimasidir.
PROQRAMLAŞDİRMA-təcrübələrimizdən istifadə edərək,məqsədə çatmaqda onlari yenidən tənzimləməkdir.Əldə etdiyimiz nəticələr və onlarin başqalarina və bizə göstərdiyi təsirlər şəxsi proqramlaşdirmagimizin məhsuludur.Hər davraniş bizim düşüncə və mövqeyimizin təsiri nəticəsində formalaşir.
 
NLP-nin yaradicilari John Grinder (linqvistik) ve Richard Bandler (proqramist ve riyaziyyatçi) olmusdur.faydalarini aşagidaki kimi göstərə bilərik:
 
1.Öyrənmə müddətini sürətləndirir
 
2.İş sahəmizdə və şəxsi həyatimizda get-gedə möhkəmlənən qarşiliqli təsirin qurulmasina kömək edir.
 
3.Həssasligimizi artiraraq,davranış və mövqeyimizi yenidən şərh etməyimizə imkan verir.
 
4.Olası variantlari artiraraq,təsir edə biləcəyimiz sahəni genişləndirir.
 
5.Ətrafdakilari birgə fəaliyyətə yönləndirib,bağliliq kimi duygular yaradaraq cəmiyyətdə öz yerinizi tutmaga kömək edir.
 
6.duygu və düşüncələrinizi yönləndirərək daxili dünyanizin sahibi və gələcəyinizin memari ola bilersiniz.
 
7.Şüuraltini hərəkətləndirərək onun gücündən öz xeyrinizə istifadə edə bilərsiniz....
 
Bildiyimiz kimi hər bir insanin özünə aid şəxsi fikirləri,davraniş normalari,mövqeyi,hissləri və inanclari vardir.NLP bütün bunlardan istifadə edərək insanin məqsədinə çatmasina kömək edən bir vasitədir. 
 
Nəzərinizə çatdıraq ki,Babək Bayramov beynəlxalq nüfuza malik treninq təşkilatı - “Mind Training İnstitute” (MTİ) tərəfindən  NLP treninqləri standartlarına görə dünyada ən yüksək ustadlıq dərəcəsi  sayılan “NLP Master Trainer” elan olunub. Babək Bayramov beynəlxalq aləmdə böyük nüfuza malik bir təşkilatdan bu adı almış ilk azərbaycanlı olub.
Təlimdə iştirak edən bütün iştirakçılara uğurlar arzulayırıq.