Bu gün Aprel döyüşləri kimi tarixə düşən 4 günlük müharibənin ildönümüdür.
Aprel döyüşləri 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında baş vermişdir. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər olaraq tarixə keçmişdir. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.
Döyüşlərdə şəhid olan bütün hərbiçilərimizi hüzn və qürurla anırıq. 
Allah hər birinə rəhmət eləsin!
#apreldoyusleri #dordgunlukmuhribe #sehidlerolmezvetenbolunmez