#maraqlidir

* Elizabet Eyçelbaum (ABŞ) 90 yaşında Elmlər doktoru fəxri adını almışdır.Bununla yanaşı, o ən yaşlı elmlər doktoru adını da qazanmışdır.

* Çeroki qraflığında 1929-cu il məzunları 74 il ərzində hər il görüş təşkil edirdilər. Sonuncu dəfə 30 nəfərdən həyatda qalmış yalnız 9 nəfər görüşə gələ bilmişdi.

*Ən uzun dərs 2003-cü ildə Laidlaw ali təhsil müəssisəsində (Avstraliya) 15 apreldən 17 aprelə qədər davam etmişdir. Professor Mari Barrouz 26 şagirddən ibarət sinifdə 54 saat ardıcıl olaraq bilogiyadan mühazirə oxumuşdur.

*Dünyada cəmi 2 günlük mühazirə kursuna görə ən yüksək qonorarı Çiakqoda doktor Roland Dant əldə etmişdir. Belə ki, onun əldə etdiyi qonorar 3 080 000 dollar təşkil etmişdi.

*Bir çoxları Cambridge və yaxud Sorbonne kimi ali təhsil müəssisələrinin dünyanın ən qədim təhsil ocaqları olduğunu düşünür. Lakin bu belə deyil. Ən qədim təhsil müəssisəsi tituluna bizim eradan əvvəl 859-cu ildə Mərakeşin Fes şəhərində əsası qoyulmuş Karauin Müsəlman universiteti sahibdir.

*Ən çox şagird sayına malik olan məktəb Hindistanda yerləşir.2003-cü ildə Lukanuda Montessori məktəbinə 27911 uşaq cəlb edilmişdi.

*İngiltərədən olan Robert Kronin 52 yaşı olarkən Priston universitetinə biologiyanı öyrənmək üçün qəbul olmuş və buranı yalnızca 72 yaşında bitirmişdir. O universitetə qəbul olarkən həmin təhsil müəssisəsinin ən yaşlı məzunu adını qazanacağını ağlına belə gətirmirdi.