Qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün imtahan öncəsi və imtahan zamanı yaranan həyacan və narahatçılığın aradan qaldırılması və idarə olunması üçün təşkil edilmiş seminardan görüntülər.
Seminar Psixoloq-Kamil Həmidov ( BDU - Gender və Tətbiqi Psixologiya kafedrasının müəllimi ),təhsil koçu -Zamin Mirzəyev,
İnkişaf koçu,ADLER məktəbinin davamçısı - Səbuhi Əyyubov və
Direktor,koç- Xalid Səlimov tərəfindən keçirilib.
Seminar abituriyentlərdə özünə inam, diqqət və konsentrasiya, stress, həyacan, ümidsizlik, qərarsızlıq və s. aradan qaldırılması, imtahan müddətində zamanın düzgün bölünməsi, imtahan sonrası ixtisas seçimində düzgün seçim etmələri və s. kimi mövzuları əhatə edib.