Xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə hər hansı bir bölgədə qabiliyyət imtahanı vermiş abituriyentlər digər bölgələrdə yerləşən kolleclərin də uyğun ixtisaslarını seçə bilərlər

Ümumi ( 9 illik) orta təhsil bazasında kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə hər hansı bir bölgədə qabiliyyət imtahanı vermiş və “məqbul” qiymət almış abituriyentlər digər bölgələrdə (Bakı və Sumqayıt şəhərləri istisna olmaqla) yerləşən kolleclərin də uyğun ixtisaslarını seçə bilərlər. Məsələn: Abituriyent Gəncə şəhərində “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə qabiliyyət imtahanı verib və “məqbul” qiymət alıb, ixtisas seçimi zamanı həmin abituriyent digər bölgələrdə yerləşən kolleclərin də “Təsviri incəsənət müəllimliyi” ixtisasını seçə bilər.