Rezidenturaya aşağıda göstərilən boş qalan plan yerlərinə ərizə qəbulu elan edilir:

Qeyd edək ki, 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 439 yerdən ibarət olmuşdur. Onlardan 36 ixtisas üzrə 100 yer ödənişli əsaslarla nəzərdə tutulmuşdur. Bu il, həmçinin ilk dəfə olaraq bölgələrin səhiyyə müəssisələrində həkim-mütəxəssislərə olan ehtiyacı nəzərə alaraq rezidenturaya məqsədli qəbul (49 plan yeri üzrə) aparılmışdır.

Artıq əsas yerləşdirmədən sonra qəbul olanların qeydiyyatı başa çatmışdır. Rezidenturaya qəbul olmuş namizədlərdən 19 nəfəri DİM-in müəyyən etdiyi müddətdə qəbul olduğu tibb müəssisəsinin tabe olduğu mərkəzi icra hakimiyyəti orqanında qeydiyyatdan keçmədiyi üçün bu onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilmişdir. Bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar.

Aşağıdakı cədvəldən də göründüyü kimi ümumilikdə 31 plan yeri boş qalmışdır. Onlardan 15 plan yeri ödənişli əsaslarla, 16 plan yeri isə dövlət sifarişi əsasında qəbul aparılan ixtisaslardır.

Baxmayaraq ki, müasir dövrdə epidemiologiya ixtisası üzrə həkim-mütəxəsislərə tələbat daima artır, boş qalan plan yerlərinin 6-sı (3-ü ödənişli əsaslarla, 3-ü isə dövlət sifarişi əsasında) tibbi profilaktika istiqamətinə aid olan epidemiologiya ixtisası üzrədir. Bu ixtisas üzrə ümumilikdə 9 plan yeri ayrılmışdı. Əhalinin sayının sürətlə artması sanitar-epidemioloji xidmətin səviyyəsinin də təkmilləşdirilməsini tələb edir. Sanitar-epidemioloji xidmətin artan tələbatı ödəyə bilməməsi bir sıra yoluxucu xəstəliklərin sürətlə yayılmasına və epidemiya halına keçməsinə şərait yaradır. Bundan başqa, bioterrorizm müasir dövrün aktual problemlərindən birinə çevrilmişdir. Belə təhlükəli vəziyyətlərin profilaktikası üçün epidemiologiya ixtisası üzrə yüksək ixtisaslı kadrların hazırlanmasına ehtiyac var və ixtsias seçimində namizədlərin bunu nəzərə almaları tövsiyə olunur.

Aşağıda boş qalan plan yerləri təqdim olunur:


Kodu Adı  Sayı        Təhsil 
 haqqı
Azərbaycan Tibb Universiteti
311511 Psixiatriya (Gəncə Şəhəri Psixiatriya Xəstəxanası)   1    
311682 Ftiziatriya   1    
311796 Epidemiologiya   1    
                                                      ödənişli əsaslarla
311869 Kardiologiya   1    4000
311974 Stomatologiya   2    4000
311982 Gigiyena   1    4000
311803 Epidemiologiya   1    4000
           
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu
313245 Psixiatriya   2    
313261 Terapiya   1    
313367 Gigiyena   1    
313334 Pediatriya   1    
*313359 Mikrobiologiya   1    
                                                     ödənişli əsaslarla
313472 Narkologiya   3    4000
313489 Ftiziatriya   3    4000
313512 Gigiyena   2    4000
313529 Epidemiologiya   2    4000
           
Respublika Müalicəvi Diaqnostika Mərkəzi
337116 Anesteziologiya-reanimatologiya   1    
           
Naxçıvan Dövlət Universiteti
361124 Otorinolarinqologiya   1    
361181 Patoloji anatomiya, məhkəmə tibbi ekspertiza   1    
361221 Stomatologiya   1    
361246 Epidemiologiya   2    
           
Gəncə şəhəri Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanası
363117 Anesteziologiya-reanimatologiya (Gəncə Şəhəri Abbas Səhhət adına 
1 nömrəli Şəhər Xəstəxanası)
  1    

 

Müsabiqədə iştirak etmək istəyən namizədlər 20 və 21 sentyabr 2018-ci il tarixlərində saat 10:00-dan 16:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə, şəxsən DİM-ə (ünvan: Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi 28, Bakı Asiya Universitetinin binası) müraciət edə bilərlər. 

Qeyd 1: * işarəsi qoyulmuş ixtisaslara müsabiqə “Rezidentura üzrə ixtisas seçimi cədvəli”nə (bax: “Rezidentura” jurnalı, №3, 2018, səh. 4) müvafiq olaraq istiqamətlər üzrə birgə aparılır. 

Qeyd 2: 2018/2019-ci tədris ilində rezidenturaya qəbul olmuş, o cümlədən qeydiyyatdan keçməmiş namizədlərin ixtisas seçməsinə icazə verilmir. 

Qeyd 3: Ödənişli əsaslarla qəbul aparılan ixtisaslara qəbul olmuş namizədlərə qəbul olduğu klinik baza ilə razılaşdırılmaqla ödənişi hissə-hissə aparmağa imkan verilir.

P.S. Məlumatda ATU-nun hərbi tibb fakültəsinə qəbulun nəticələri verilməmişdir.