Bu nömrədə 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu elanının tam mətni, ixtisaslar üzrə müsabiqə şərtləri, "Abituriyentin elektron ərizəsi" formasının doldurulma qaydası və nümunəsi, "Şəxsi kabinet"in yaradılması və istifadə qaydası, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri və digər zəruri materiallar dərc edilmişdir

Jurnalda, həmçinin 2018-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları, imtahan fənləri üzrə bəzi test tapşırıqlarının izahı və tövsiyələr, abituriyentlər üçün elmi-metodiki məqalə, 28 oktyabr 2018-ci il tarixində keçirilmiş sınaq imtahanında istifadə olunmuş yazılı şəkildə cavablandırılması tələb olunan (Situasiya, mətn və mənbə əsasında hazırlanan) tapşırıqların qiymətləndirmə meyarları, izahı, elmi-metodiki təhlili və statistik göstəri­ciləri də dərc olunmuşdur.

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

 

  • Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;

  • Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.

 

QEYD: Rus dilində olan “Abituriyent” jurnalının 2‑ci nömrəsini 18 mart tarixindən satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.