Dünən kursumuzun 10 illiyi münasibəti ilə möhtəşəm tədbir keçirildi.
Tədbirdə dəyərli müəllim kollektivi,tələbələr,valideynlər və digər qonaqlar iştirak etdi.
Tədbir iki hissədən ibarət idi: I hissə rəsmi hissə idi:
İlk çıxışı kursumuzun direktoru Xalidşah Səlimov etdi:

- Xoş gördük  dəyərli dostlar.Əslində çoxunuz məni Xalid kimi tanıyırsız,Xalidşah adını yalnız rəsmiyyətdə eşidirəm.Xalidşah da mənəm)
- Dəyərli dostlar,dəvətimizi qəbul edib gəldiyiniz üçün,Sizə təşəkkürümü bildirirəm.
BELC mənim üçün övladım kimidir.
- BELC fəaliyyətə başlayanda mənim 20 yaşım var idi və BELC 24 kv/m-lik bir otaqda fəaliyyətə başladı
- Necə oldu ki,BELC yarandı? Tələbə ikən maddi durumla əlaqədar mən, o cümlədən tələbə dostlarım kurslara gedə bilmirdik.Kurslar az və bahalı idi.Xəyalımda daim uyğun qiymətdə,lakin keyfiyyətli bir təhsil mərkəzi canlanırdı.
- 2009-cu ildə bu xəyalımı gerçəkləşdirmək qərarına gəldim və BELC-in təməlini qoydum.O gündən özümə missiya olaraq daha çox insanı maarifləndirməyi seçdim.
10 ildir ki,bu missiyanı yerinə yetirirəm,20.000-dən çox insanı maarifləndiririk və bundan sonra da bu missiyaya sadiq qalacağıq.
- Təbii ki,bu işləri tək görə bilməzdim.Bu işləri dəyərli kollektivimizlə birlikdə həyata keçirdik.Onların köməyi ilə və Allahın izni ilə abituriyentlərin-tələbə,tələbələrin isə magistr adını qazanmaqlarına vəsilə olduq.Minlərlə şagirdimiz xarici dilləri,kompüter proqramlarını öyrəndi,sürücülük vəsiqələrini əldə etdilər.Bu yolda məni daim dəstəklədikləri və həmişə yanımda olduqları üçün dəyərli kollektivimə dərin təşəkkürümü bildirirəm və onları BELC`in 10-illik yubileyi münasibəti ilə təbrik edirəm.BELC`in 10 il ayaqda durması və insanlara tövhə verməsi onlarla birgə olan əməyimizin nəticəsidir.Bu işdə dəyərli kollektivimin rolu böyük və danılmazdır.
- BELC`lə bağlı olan hədəflərimiz çoxdur,buraya BELC-in növbəti filiallarını,baxçasını,məktəbini və universitetini açmaq da daxildir.Bu şərəfli yolda Tanrı yardımçımız olsun.Hərbirinizə gəldiyiniz və təbrikləriniz üçün bir daha təşəkkür edirəm.Çox sağolun
Daha sonra isə tarix müəllimimiz Yasir Hacıyev,fizika müüəllimimiz Məmmədov Meyxoş,kimya müəllimimiz Zaidova Qumru,təhsil üzrə ekspert Məhərrəmov Qoşqar və dəyərli dostumuz təhsildəkouçluq şirkətinin biznes kouçu Fədai Abdullayev çıxış etdi.
Tələbələrimiz Muradov Murad,Abdullazadə Nərgiz və Səlimov Əmir musiqili ifaları ilə tədbirə özəl bir rəng qatdılar. Tələbələrimizdən gələn təbrik videosu xüsusi  marağa səbəb oldu.
Daha sonra isə tədbirin ikinci hissəsinə keçildi.