DİM tərəfindən 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına mayın 26-da keçirilmiş qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb.

İmtahanda 8559 bakalavr iştirak edib. 54 bakalavr isə imtahana gəlməyib. İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən, 1 nəfər ən yüksək nəticə ‑147 bal toplayıb. Xatırladaq ki, toplanıla biləcək maksimal bal 150-dir.

Müsabiqə şərtlərini ödəyən bakalavrlar iyunun 7-dən 18-dək internet vasitəsilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər. Müsabiqəyə yalnız ixtisaslaşma seçimini təsdiqləyən bakalavrlar buraxılacaqlar.

Müsabiqə şərtləri ilə buradan tanış ola bilərsiniz.

Tələbələrimiz də uğurlu nəticələr göstəriblər.