Kursumuzda 34-cü biblioterapiya keçiriləcəkdir.

Hörmətli kitabsevərlər, 34-cü biblioterapiya F. Kafkanın "Atama məktub" əsəri əsasında təşkil olunacaq.
Qaydalar:
•İştirak etmək istəyən şəxslər əvvəlcə qeyd olunmuş nömrə ilə Whatsapp vasitəsilə qeydiyyatdan keçməli;
•Qeyd olunmuş əsər əvvəlcədən oxunmuş olsa belə, iştirakçı əsəri yenidən oxumalıdır.
Əsərin PDF formatı qeydiyyatda olan şəxslərə göndəriləcək.

Aparıcı- psixoloq Kamil Həmidov
İŞTİRAK ÖDƏNİŞSİZDİR!
Yaş həddi: 18+
QEYDİYYAT: +994509643743 (Whatsapp)
ÜNVAN: BELC Tədris Kompleksi (Şamil Əzizbəyov 84, Nizamı metrosu yaxınlığı)

Biblioterapiya "biblio-latın sözü olub, "kitab", "therapia- "müalicə" deməkdir. Biblioterapiya psixoterapiya üsulu, ədəbiyyatdan istifadə edərək fərdin inkişaf etdirilməsi üsuludur. Şəxsi-psixoloji inkişaf məqsədilə oxumaq adi oxumaqdan məqsədyönümlüyü ilə fərqlənir. Kitabın müalicəvi təsiri qavrayış, arzu, fikir, ağrılı duyğular və düşüncələri dəyişdirmək və yeni hədəflərə doğru yönəltməkdir. Belə ki, kitab vasitəsilə şəxsin hisslərini azaltmaq və artırmaq, onun ruhi sakitliyini tənzimləmək mümkündür. "Kitabla terapiya" "Addım" Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyinə məxsus olan, öz resursları ilə həyata keçirdiyi layihədir. "Addım" GİM İB 30.08.2012-ci ildən dövlət qeydiyyatına alınaraq fəaliyyət göstərir. Əsas məqsədi gənclərin hərtərəfli inkişafına töhfə verməkdən ibarətdir.
Təşkilatın əsas partnyorları Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıdır.
Vətənpərvərlik mövzusunda hazırladğı 3D qrafikalı animasiyalarla respublika Gənclər Təşkilatları arasında bir ilkə imza atmışdır. "Kitabla terapiya" layihəsinə bu günədək dəstək olanlar:
Parafraz nəşrləri, yazıcı Ceylan Mumoğlu, Kamal Kursları, Kitab Çapı, Səməd Vurğun Ev Muzeyi, Kitabsevərlər qrupu, Erbi book&cafe, Şah Mat Teatrı, BELC Təhsil Kompleksi.

Nəzərinizə çatdıraq ki,kitabı belc.az saytından (http://belc.az/onlibrary/inner/6) əldə edə bilərsiniz.