Hörmətli poeziya sevənlər,22dekabr kursumuzda "Kitabla Terapiya" layihəsi çərçivəsində həyata keçirilən növbəti "Poeziya terapiyası" (poetryteraphy) Vaqif Səmədoğlunun "Sandıq şeirləri" əsasında təşkil olunacaqdır.
Qaydalar:
• İştirak etmək istəyən şəxslər qeyd olunmuş nömrə vasitəsilə qeydiyyatdan keçməlidir (whatsapp);
• Qeydiyyatdan keçərkən iştirakçıya seçilmiş əsərin PDF materialı göndəriləcək.
Şeir terapiyasının məqsədləri aşağıdakı kimi müəyyən oluna bilər:
 
1. Özünü və başqalarını uyğun və anlayışlı bir şəkildə qavramağı inkişaf etdirmək,
 
2. Yaradıcılığı, özünü ifadə etməyi, daxili aləmini açmağı və özünüqiymətləndirməni inkişaf etdirmək,
 
3. Şəxsiyyətlərarası münasibətlər qurmaq bacarıqları ilə ünsiyyət bacarığını gücləndirmək,
 
4. Narahatlığı, gərginliyi azaltmaq və yıxıcı duyğuları uyğun bir şəkildə aşkara çıxarmaq,
 
5. Yeni bilgilər, fikirlər və dünyagörüşü vasitəsilə yeni bir məna tapmaq,
 
6. Adaptasiya bacarıqlarını və problemlərin öhdəsindən gəlmək bacarıqlarını gücləndirmək və dəstəkləmək.
 
Şeir terapiyasında qarşılıqlı təsirdə olan 3 komponent vardır:
• Ədəbiyyat (şeir, mahnıı sözü v.s)
• Danışanlar
• Mütəxəssis (psixoloq)
 
Şeir terapisti danışanların özlərini güvəndə hiss edəcəkləri səmimi, müsbət ab-havalı bir atmosfer yaradır və duyğularını dürüstcə, rahatlıqla bölüşmələrinə kömək edir.
Qeydiyyat: 050 964 37 43 (Whatsapp)
Moderator: psixoloq Kamil Həmidov
 
Kitabın pdf formasını saytımızdan (http://belc.az/onlibrary/inner/6) əldə edə bilərsiniz