Böyük biznes ideyası üçün sehirli düstur yoxdur. Lakin kifayət qədər yol qət edən ideyaları müəyyən cəhətlər birləşdirir. Entrepreneur.com saytının baş redaktoru Rey Hennesey tərəfindən keçirilən dəyirmi masada biz biznes yenilikləri üzrə mütəxəssislərə bütün böyük biznes ideyalarının sizə növbəti böyük bir şey formalaşdırmağa daha yaxşı kömək edəcək ortaq cəhətinin nə olduğunu soruşduq. 
 
Böyük ideyalar ehtiyacları öncədən görür. Virciniya Universitetində biznes administrasiyası professoru Jan M. Liedkaya görə, insanların heç vaxt tələffüz belə etmədikləri ehtiyacların qarşısında "potensial böyük yol” var.
 
Böyük ideyalar həqiqi boşluqları doldurur. Çikaqoda Much Shelist şirkətində riskli kapital təcrübəsinə və meydana gələn şirkətlərə rəhbərlik edən vəkil Qreq Qrov deyir ki, ən yaxşı biznes ideyalarının bəziləri nə vaxtsa xüsusi ehtiyacı olmuş və bazarda həmin boşluğu necə doldurmağı bilən insanlar tərəfindən irəli sürülür. 
 
Böyük ideyalar ideya olaraq qalmır. Nyu York şəhərindəki Entrepreneurs Roundtable Accelerator ilkin mərhələyə addım fondu və akseleratorunda icraçı direktoru Conatan Akselrod deyir ki, həyata keçirməyi unutmayın. İdeya özü-özlüyündə müvəffəqiyyətli biznesə çevrilməyəcək və dəyişən bazara uyğunlaşmaq üçün inkişaf etməyəcək. Akselrod bildirir ki, ən yaxşı ideyalar onlardır ki, yoxlanılsın və təsdiqlənsin. 

- See more at: http://allmag.az/articles/view/butun-boyuk-biznes-ideyalarini-birlesdiren-nedir#sthash.SH5YySMc.dpuf