Rusiyanın tanınmış tarixçi-leninşünası, karyerası ərzində Sovet hökumətinin başçısı Vladimir Leninin həyat və fəaliyyətini araşdıran Anatoli Latışev Leninin gizli fondundan və Dövlət Təhlükəsizlik Komitəsinin bağlı arxivlərindən əldə etdiyi maraqlı sənədlər barədə danışıb. Müsahibədə Azərbaycanla bağlı maraqlı məqamlar da var.
O müsahibədə qeyd edib ki, Leninin dəhşətli məktubları sırasında Azərbaycanlıların məhv edilməsinə dair xüsusi sərt qaydada yazılmış fərmanlar var.Məsələn, «Bakını tamamilə külə döndərin, arxa cəbhədəkiləri girov götürün, onları Qırmızı Ordunun hücum hissəsinin qarsına qoyun, kürəklərindən güllələyin, qırmızı başkəsənləri «yaşılların» fəaliyyət göstərdiyi ərazilərə göndərin, «yaşıl» məmurlar, varlılar, keşişlər və mülkədarlar qismində asın (biz sonra onların özünü məsələdə günahlandırarıq devirərik). Qatillərə adambaşına 100 min rubl verin …». Lenin Qafqaza vaxtaşırı olaraq bu tərkibli teleqramlar göndəirdi: « Hamını doğrayacağıq ».