6 və 7 iyun tarixlərində imtahan keçiriləcək rayon və şəhərlər, imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri ilə qrafikdə tanış ola bilərsiniz
İmtahanın keçirilmə tarixi |
İmtahan keçiriləcək şəhər (rayon) |
İmtahanda iştirak etməli olan kontingent və imtahanların növləri |
6 iyun 2020 |
Qaradağ (Bakı), Şirvan |
1. Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş cari və əvvəlki il məzunları üçün qəbul imtahanı; 2. Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı |
6 iyun 2020 |
Goranboy, Göygöl, Daşkəsən, Salyan, Saatlı, Ağcabədi, Beyləqan |
1. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı; 2. Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş əvvəlki il məzunları üçün qəbul imtahanı; 3. Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı |
6 iyun 2020 |
Bərdə*(I hissə) |
1. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı; 2. Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı |
6 iyun 2020 |
Siyəzən, Xızı |
1. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı; 2. Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş əvvəlki il məzunları üçün qəbul imtahanı |
6 iyun 2020 |
Xətai (Bakı),Sumqayıt*(I hissə), Qazax, Şəki, Göyçay, Ağdaş, Qusar |
1. Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı; 2. Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı |
6 iyun 2020 |
Cəlilabad, Qobustan |
Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı |
6 iyun 2020 |
H.Əliyev adına hərbi lisey və C.Naxçıvanski adına hərbi lisey |
Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı |
7 iyun 2020 |
Pirallahı (Bakı) |
1. Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş cari və əvvəlki il məzunları üçün qəbul imtahanı; 2. Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı |
7 iyun 2020 |
Mingəçevir, Samux, Naftalan, Neftçala, Hacıqabul, Tərtər. |
1. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı; 2. Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş əvvəlki il məzunları üçün qəbul imtahanı; 3. Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı |
7 iyun 2020 |
Ağdam, Füzuli |
1. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı; 2. Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş əvvəlki il məzunları üçün qəbul imtahanı |
7 iyun 2020 |
Nərimanov (Bakı), Abşeron*(I hissə), Ağstafa, Qəbələ, Masallı, Kürdəmir, Şabran |
1. Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı; 2. Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı |
7 iyun 2020 |
Ağsu |
Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı |
Qeydlər:
- Sumqayıt şəhəri və Abşeron rayonunda 9 və 11, Bərdə rayonunda isə 9-cu sinif şagirdlərinin ümumi sayı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal, müvafiq olaraq, I hissə və II hissə kimi adlandırılıb.
- Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.
- Xüsusi məktəblərin – internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərin şagirdləri üçün imtahan, ictimaiyyətə əvvəlcədən məlumat verilməklə, növbəti həftəsonu günlərində keçiriləcəkdir.
- İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.
Mənbə: http://dim.gov.az/